MDB ölkələrinin XİN başçıları görüşəcək


MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının görüşünün mayın 13-də Tacikistanın paytaxtı Düşənbədə keçirilməsi planlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Evdokimov bildirib.
“MDB Xarici İşlər Nazirləri Şurasının iclasları ənənəvi olaraq ildə iki dəfə keçirilir. Növbəti görüşün mayın 13-də Düşənbədə keçirilməsi planlaşdırılır. Payızda - 13 oktyabrda isə Nur Sultanda”, - Evdokimov deyib.
Onun sözlərinə görə, yaz toplantısının gündəliyi zəngin olacaq:
“Gözlənilir ki, nazirlər Birlik çərçivəsində qarşılıqlı fəaliyyətin geniş spektri üzrə fikir mübadiləsi aparacaqlar, aktual beynəlxalq və regional mövzuları, o cümlədən, əlbəttə ki, Ukraynadakı vəziyyəti müzakirə edəcəklər”, o əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top