Süleyman Kərimovun yaxtasına həbs qoyuldu


Fici polisi rus oliqarx Süleyman Kərimova məxsus dəbdəbəli gəminin kapitanını gömrük rəsmiləşdirilməsi olmadan ada ölkəsinə gəldiyi üçün dindirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Ficidəki yerli media polisin sanksiyaya məruz qalmış rusiyalı milyarder Süleyman Kərimova məxsus "Amadea" super yaxtasını həbs edib və onun ekipajını saxlayıb.
Süleyman Kərimov Rusiyanın Ukraynaya müdaxiləsinə görə ABŞ, Böyük Britaniya və Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalıb.
Ficidəki bir səlahiyyətli, dəbdəbəli yaxtanın kapitanının gömrük rəsmiləşdirilməsi olmadan Ficiyə necə gəlməsi ilə bağlı sorğu-sual edildiyini söyləyib.

DİGƏR XƏBƏRLƏR

Top