Ukrayna “Moskva” kreyserini vurdu - FOTO


Rusiyanın Qara Dəniz Donanmasının “Moskva” raket kreyseri Ukraynanın “Neptun” raketləri ilə vurulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Serj Marko Rusiya “Facebook”da yazıb və məlumat artıq Odessa Regional Dövlət Administrasiyası tərəfindən təsdiqlənib.
"Moskva kreyseri indicə iki “Neptun” raketi ilə vurulub. O dayanıb, yanır. Dənizdə isə tufan var", - jurnalist paylaşıb.
Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Maksim Marçenko isə Rusiya kreyserinin vurulduğunu belə təsdiqləyib:
"Qara dənizi qoruyan “Neptun” raketləri Rusiya gəmisinə çox ciddi ziyan vurdu".
Ukraynanın Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç vəkil və hüquq müdafiəçisi Mark Feyqinə müsahibəsində deyib ki, “Moskva” kreyseri yanır.
"Dəniz donanmasının flaqmanı "Moskva" kreyseri ilə gözlənilməz hadisə baş verib. Yanır... 510 ekipaj üzvü var, nə baş verdiyini başa düşə bilmirik - iki dənizçi səhv yerdə siqaret çəkib, hər hansı təhlükəsizliyi pozublarmı? Bir daha qismət olmaz”, -  deyə o, zarafat edib.
“Telegram”da isə “Hər şeyi görən Göz” kanalı yanan "Moskva" kreyserinə aid olduğu iddia edilən foto dərc edib və onu demək olar ki, dərhal silib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının aprelin 13-nə olan məlumatına görə indiyədək Rusiyanın yeddi gəmisi/qayığı məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top