Azərbaycanın bu rayonlarına qar yağdı


Gədəbəy rayonuna qar yağıb.

Bu gün axşam saatlarında yağan qar rayon mərkəzinə az miqdarda, ucqar kəndlərə daha çox düşüb.

Daşkəsən rayonuna da qar yağıb. Rayonun dağ kəndlərinə, eləcə də mərkəzinə qar düşüb. Hər iki rayonunun yol infrastrukturunda heç bir problem yaranmayıb.

Qeyd edək ki qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir. (APA)

DİGƏR XƏBƏRLƏR

Top