
"Viktor Medvedçuk heç vaxt Rusiya ilə pərdəarxası münasibətlərə sahib olmayıb”.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Medvedçuk Rusiya vətəndaşı deyil və Kreml siyasətçinin Moskvanın onunla bağlı vəziyyətdə iştirak etməsini istəyib-istəmədiyini bilmir”, - deyə Peskov söyləyib.
Xatırladaq ki, aprelin 12-si ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb