Mərkəzi Bank sədrinin Buş və Klintondan diplom alan qardaşı kimdir? – FOTOLAR


Xəbər verdiyimiz kimi, Milli Məclisin dünən keçirilən iclasında Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilib və onun yerinə Taleh Kazımov İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, əslən Cəbrayıl rayonun Soltanlı kəndindən olan Taleh Kazımov tanınmş ailənin üzvüdür. Taleh Kazımovun atası Tahir Kazımov  tanınmış yazıçı olub. Eyni zamanda polkovnik rütbəsi daşıyan Tahir Kazımov uzun illər polis zabiti kimi daxili işlər orqanlarında xidmət edib.
Taleh Kazımovun əmisi Qəzənfər Kazımov isə Azərbaycanın tanınmış dilçi professorudur. 
Taleh Kazımovun babası Allahverdiyev Şirin Kazım oğlu isə Soltanlı kəndində məktən direktoru olub və 1943-cü ildə İkinci Dünya Müharibəsi zamanı cəbhədə həlak olub. 
Taleh Kazımovun babasının adını daşıyan qardaşı Şirin Kazımov isə hazırda ABŞ-ın tanınmış psixoloqlarından biri hesab olunur. Şirin Kazımov ABŞ-ın məşhur “Austen Riggs” adlı psixiatriya xəstəxanası və klinik tədqiqat mərkəzində çalışır. 
Şirin Kazımov 2 dekabr 1975-ci ildə Bakıda anadan olub. Nəsimi rayonu 1 saylı orta məktəbi və Azərbaycan Tibb Universitetinin müalicə-proflaktika fakültəsini bitirib. 2004- 2006-cı illərdə ABŞ-ın Luiziana ştatındakı Tuleyn Universitetində magistraturada təhsil alır. Şirin Kazımovun məzuniyyət Nyu-Orleans şəhərindəki 70 mindən çox tamaşaçı tutan Nyu-Orian stationunda baş tutub. Tədbirdə ABŞ-ın sabiq prezidentləri Corc Buş (41-ci prezident) və Bill Klinton (42-ci prezident) da iştirak edib. Universiteti fərqlənmə ilə bitirən 16 nəfərin diplomunu Corc Buş və Bill Klinton təqdim edib ki, onlardan biri də Şirin Kazımov olub.
Diplomun təqdimolunma mərasimində Şirin Kazımovun atası Tahir Kazımov ilə anası Gülxanım Kazımova da iştirak ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün  - aprelin 13-də imzaladığı sərəncamla Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.


DİGƏR XƏBƏRLƏR

Top