Kiyevdəki itkilər açıqlanıb


Rusiyanın hücumları nəticəsində Kiyev şəhərində ölən mülki vətəndaşların sayı 720-ni keçib, 200-dən çox mülki şəxs isə itkin düşüb.
Yeniavaz.com
“Haber Global”a istinadən xəbər verir ki, bu sözləri Kiyev Regional Polis Müdiri Andrey Nebitov Ukrayna Xarici İşlər Nazirliyinin teleqram hesabından etdiyi açıqlamada bildirib.
A. Nebitov Rusiyanın hücumlara başladığı fevralın 24-dən bu günə qədər Kiyev şəhərində rus əsgərlərinin etdiyi cinayətlərlə bağlı 3 mindən çox istintaq açıldığını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top