Rusiya Finlandiya sərhədinə qoşun yığır? - VİDEO


Vladimir Putinin göstərişi ilə Rusiya ordusunun Finlandiya sərhədinə ağır hərbi texnika yerləşdirməyə başladığı iddia edilib.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. 
Yayımlanan videolarda ağır rus silahlarının, o cümlədən raket sistemlərinin Finlandiya sərhədinə doğru irəliləməsi əks olunub. Rusiyanın Finlandiya sərhədi istiqamətində hərəkət edən müdafiə sistemləri arasında “K-300P Bastion-P” mobil sahil müdafiə sisteminin də olduğu iddia edilib.
Xatırladaq ki, Rusiya rəsmiləri Finlandiya və İsveç NATO-ya qoşulsa, bunun ağır nəticələri olacağını açıqlamışdılar.

DİGƏR XƏBƏRLƏR

Top