Məşhur reper: “Rus olduğumdan utanıram” - VİDEO


Məşhur rusiyalı reper Feys Ukraynadakı müharibəni pisləyib. 
Yeniavaz.com
“UNİAN”a istinadən xəbər verir ki, reper hər bir rusun bu müharibəni bitirmək üçün bütün səylərini göstərməli olduğunu bildirib.
“Ukraynada müharibənin mənim millətim adına getməsindən utanıram. İndi vəziyyət elədir ki, normal adamsansa, rus olduğuna görə utanmalısan”, - reper, jurnalist Dmitri Qordonun efirində deyib.
O, həmçinin rusları mitinqlərə çıxmağa və Ukraynada müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top