
12 və 13 mart tarixlərində keçirilmiş buraxılış imtahanında 3 nəfər – Bakı şəhəri 245 saylı məktəbin məzunu Abbasova Səbirə Şahin qızı, Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin məzunu Zeynallı Xaqani Nizami oğlu və Ağcabədi rayonu Rəncbərlər kənd orta məktəbinin məzunu Sadıqlı Nərmin Arif qızı 297.5 bal toplayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, onlar 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə - müvafiq olaraq 244.7 bal, 296.7 bal və 290 bal toplayıblar.
