Putinin yaxın adamlarından sayılan Viktor Medvedçuk Ukraynada saxlanıldı - FOTO


Vladimir Putinin qızının “xaç atası” və Rusiya Prezidentinin MDB məkanında ən yaxın adamlarından biri sayılan Viktor Medvedçuk keçirilən hərbi əməliyyatla həbs edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında paylaşıb.

Əməliyyatın Ukraynanın Təhlükəsilik Xidməti (UTX) tərəfindən həyata keçirildiyi bildirilib.
Qeyd edək ki, V. Medvedçuk "Müxalifətçi Platforma - Həyat Uğrunda" Partiyasının lideri və varlı iş adamıdır. Təxminən 1 il əvvəl ona "vətənə xəyanət" ittihamı ilə cinayət işi açılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top