Şəhid anası məktəb direktoru oldu


Vətən Müharibəsində şəhid olan Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova 226 saylı məktəbə direktor təyin edilib. 

Yeniavaz.com xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Məlumata görə o, işə qəbul üzrə müsabiqədə iştirak edərək uğurlu nəticə əldə edib.Qeyd edək ki, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan Əlihüseyn Məmmədovun anası əvvəllər 252 saylı məktəb-liseydə təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib.

DİGƏR XƏBƏRLƏR

Top