
Azərbaycan Demokratik Rifah Partiyası Rusiya səfirliyi önündə etiraz aksiyası keçirib.
Yeniavaz.com "Meydan TV"yə istinadla xəbər verir ki, sosial şəbəkələrdə aksiyadan görüntülər paylaşılıb.
Akisya keçirən partiya nümayəndələri bildiriblər ki, onlar Rusiya qoşunlarının Azərbaycandan çıxarılması ilə bağlı bura toplaşıblar.
Polis əməkdaşları aksiyanın qanunsuz olduğunu bildirib və iştirakçıları ərazidən uzaqlaşdırıb.
Tətbiqimizi yükləyə bilərsiniz