Ukraynada girov götürülən azərbaycanlı tələbə azad edildi


Ukraynada ruslar tərəfindən girov götürülən azərbaycanlı tələbə Hüseyn Abdullayev azad edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya Hüseyn Abdullayevin atası Amin Abdullayev məlumat verib.
Onun bildirdiyinə görə, martın 17-dən rus əsgərləri tərəfindən girov götürülən, əslən Neftçalanın Tatarməhlə kəndindən olan 20 yaşlı H. Abdullayev Ukraynanaın Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsidir. A. Abdullayev bildirib ki, oğlu bu gün girovluqdan azad olunub. H. Abdullayev oradan Zaporoje şəhərinə gedib.
Onun oradan Azərbaycana qayıtması istiqamətində tədbirlər görüləcək.

DİGƏR XƏBƏRLƏR

Top