Çin İsrailə içində dinləmə cihazı olan hədiyyələr verib? – FOTO


Çin səfirliyi tərəfindən İsrail dövlət idarələrinə verilən termoslarda dinləmə cihazı olması şübhəsi yaranıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Bildirilib ki, şübhəli termoslar aşkarlandıqdan sonra araşdırılmağa başlanılıb. Hazırda İsrailin Təhlükəsizlik Agentliyi məsələ ilə bağlı araşdırma aparır. Termoslar səfirliyə qaytarılmayacaq.
Çin səfirliyi iddiaların “İsrail-Çin münasibətlərini pozmaq istəyən qüvvələr” tərəfindən yayılan “əsassız şayiə” olduğunu bildirib. Bu yaxınlarda ölkələr rəsmi diplomatik əlaqələrin 30 illiyini qeyd ediblər.

DİGƏR XƏBƏRLƏR

Top