Aslan İsmayılov yenidən Vəkillər Kollegiyasına qəbul edildi - FOTO


Tanınmış hüquqşünas Aslan İsmayılovun yenidən Azərbaycan Vəkillər Kollegiyasına üzvlüyü bərpa olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə feysbukda onun özü məlumat verib.
Kollegiyaya üzvlük vəsiqəsini paylaşan A. İsmayılov qeyd edib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sonuncu iclasında bununla bağlı qərar qəbul olunub.
Qeyd edək ki, A. İsmayılov 2013-cü ildə N.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə vəkillikdən xaric edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top