Komitə ən çox bahalanan məhsulların adlarını AÇIQLADI


Bu ilin yanvar-mart aylarında istehlak məhsullarının qiymətləri ötən ilin eyni dövrünə nisbətən 12,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17%, qeyri-ərzaq məhsulları üzrə 6,2% artıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin mart ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 1,1% artıb. 2022-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,5% bahalanıb. 
Bu ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, düyünün, unun, toyuq ətinin, təzə balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, xamanın, süfrə marqarininin, kərə yağının, naringinin, heyvanın, narın, soğanın, kartofun, pomidorun, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, limonadın, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, limonun, kələmin və xiyarın qiymətlərində müşahidə olunub.

DİGƏR XƏBƏRLƏR

Top