Tokayev azərbaycanlı nazir müavininə medal verib - FOTO


Qazaxıstanın Bakıdakı Səfiri Serjan Abdıkarimov Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin Müavini Xələf Xələfov ilə görüş keçirib.
Bu barədə Yeniavaz.com-a Qazaxıstan Səfirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə S. Abdikarimov Prezident Kasım-Jomart Tokayevin adından Qazaxıstan-Azərbaycan münasibətlərin inkişafında verdiyi mühüm töhfələrə görə X. Xələfova “Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyi” yubiley medalını təqdim edib.
Danışıqlar zamanı diplomatlar ikitərəfli əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi məsələlərini, o cümlədən, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar müxtəlif tədbirlərin hazırlanması və keçirilməsini müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top