Təxribatçı görüntülərlə bağlı İran Səfirliyindən açıqlama - VİDEO


Xəbər verdiyimiz kimi, aprelin 10-da SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) qeyri-rəsmi tvitter hesabında (Həmçinin teleqram kanalında) mübahisəli video paylaşılıb. Kadrlarda Azərbaycan, Türkiyə, İran və Ermənistanın xəritə üzərində sərhədləri qrafik işarələrlə ayrılıb. Ermənistanı qonşu ölkələrdən ayrılan sərhədləri isə xüsusi işarələrlə daha yaxından diqqətə çatdırılıb və bu sözlər yazılıb: “İran İslam Respublikası beynəlxalq sərhədlərin dəyişdirilməsi üçün nəzərdə tutulan istənilən plana qəti şəkildə qarşı çıxacaq”.
Yeniavaz.com
xəbər verir ki, İranın Azərbaycandakı Səfirliyi məsələ ilə bağlı "report"a açıqlama verib və münasibət bildirib.
Səfirlikdən bununla bağlı araşdırma aparıldığı qeyd edilib.
Vurğulanıb ki, teleqram kanalının İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə heç bir əlaqəsi yoxdur:
“Hər halda belə məlumatlar İran, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətləri korlayır”.
Qeyd edək ki, kadrlarda ölkələrin əraziləri onların bayraqlarının rəngində boyanan zaman, Naxçıvan Muxtar Respublikası nəzərə alınmayıb və Azərbaycan bayrağının rəngləri ilə işarələnməyib.

DİGƏR XƏBƏRLƏR

Top