"İlk olaraq Prezidentə təşəkkürümü bildirirəm" - AMB-nin yeni sədri


Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Taleh Kazımov bank sahəsində uğurlu idarəedici kimi tanınır: “Bu təyinat komitə iclasında geniş müzakirə olunub. Dövlət başçısının bank sahəsi ilə bağlı geniş tapşırıqları var”.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Mərkəzi Bankının İdarə Heyətinə yeni üzv seçilən Taleh Kazımov çıxış edib və vəzifə öhdəliklərini layiqincə və vaxtı-vaxtında yüksək peşəkarlıqla icra etməyə söz verib:
“İlk olaraq mənə göstərilən ali etimada göstərən Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Bir daha hər birinizə təşəkkür edirəm ki, bu təyinatla bağlı pozitiv rəy verdiniz”.

DİGƏR XƏBƏRLƏR

Top