Elman Rüstəmov vəzifədən getdi - YENİLƏNİB


Elman Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Elman Rüstəmov AMB-ninn İdarə hetyətinin üzvlüyündən azad olunmaqla həm də AMB-nin sədrliyindən də azad olunacaq.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
 

***11:22
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
Yeniavaz.com xəbər verir ki, toplantının gündəliyinə 6 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:

1. Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Milli Məclisin qərar layihəsi;
2. Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi;
3. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.
4. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş).
5. Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).
6.  Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

DİGƏR XƏBƏRLƏR

Top