Rusiya xarici borcları səbəbilə defolt olub


Rusiya istiqraz sahiblərinə ödənişləri dollarla deyil, rublla təklif etdiyi üçün xarici borcları səbəbindən defolt olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “S&P” kredit reytinq agentliyi məlumat yayıb.
“S&P” bildirib ki, Rusiya aprelin 4-də vaxtı başa çatan iki dollarlıq istiqraz üçün rublla ödəniş etməyə cəhd edib. Agentlik bunun “seçilmiş defolt” olduğunu bildirib, çünki investorlar çətin ki, rublu əvvəlcə ödənilməli olan məbləğlərə ekvivalent dollara çevirə bilsinlər.
“S&P”-ə görə, müəssisə bütün borcunu deyil, konkret öhdəliyi yerinə yetirmədikdə, selektiv defolt elan edilir.
Moskvanın kapital və faiz ödənişlərini etmək üçün aprelin 4-dən 30 gün güzəşt müddəti var.
Xatırladaq ki, Qərbin Ukraynaya müdaxiləsindən sonra tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya öz valyuta ehtiyatlarının təxminən 315 milyard dollarını əldə edə bilmir.
Qeyd edək ki, borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsi “defolt” adlandırılır.

DİGƏR XƏBƏRLƏR

Top