Azərbaycan və Ermənistan XİN başçıları telefonda danışıblar


Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub.

Yeniavaz.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

DİGƏR XƏBƏRLƏR

Top