Nazirlik keçirdiyi tenderin qalibi yenə bir aylıq şirkət oldu


Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “FRAZA-F” MMC (VÖEN- 1505816991) olub.
Müsabiqənin şərtlərinə görə, “FRAZA-F” MMC Gənclər və İdman İdarəsinə gənclər siyasətinə aid mallar (kubok, diplom, baner, gül, suvenir və s.) satacaq və qarşılığında 28 min 650 manat alacaq.
Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, qalib şirkət yeni yaranıb.
Xəzər rayon Gənclər və İdman İdarəsi tender müsabiqəsini 18.03.2022-ci il tarixində elan edib. Qalib şirkət olan “FRAZA-F” MMC isə bundan cəmi bir ay əvvəl - 21.02.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı “Nərimanov rayonu, Faiq Yusifov, ev 46, m. 94”də yerləşir. Qanuni təmsilçisi Süleymanov Nicat Şakir oğludur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi bir ay əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Qeyd edək ki, Gənclər və İdman İdarələri daha əvvəl də yeni yaranan, təcrübəsiz şirkətləri tenderin qalibi elan ediblər.
Aşağıdak linklərə daxil olaraq ətraflı məlumat ala bilərsiniz:

Gənclər və İdman Nazirliyinin “gənc” şirkətlərlə şübhəli yaxınlığı... – FAKTLAR

5 gün əvvəl yaranan şirkət tenderin qalibi oldu – FOTOFAKT

Gənclər idarəsinin “gənc” şirkətlərlə “böyük” sövdələşməsi... - TƏFƏRRÜAT

İki ay əvvəl yaranan şirkətlər 2,4 milyon manatlıq tenderin qalibi oldu – FOTOFAKT

 A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top