Podolyak prezidentlərin görüşünün iki şərtini açıqladı


Ukrayna Prezident Ofisi Volodimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putinin görüşünün perspektivlərini şərh edib.
Yeniavaz.com
“UNİAN”a istinadən xəbər verir ki, bu barədə Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Onun sözlərinə görə, “yaxşı dialoq” üçün iki komponent lazımdır:
“Prezidentlərin görüşünün olması çox yaxşıdır, amma arzuolunandır ki, bu Rusiya ordusunun imkansızlığının bütün mənzərəsini nümayiş etdirdikdən sonra baş tutsun. Həmçinin, danışıqlar prosesinin bir hissəsi kimi bütün sənədlər lazımi qaydada hazırlanmalıdır. Bu iki komponent, eləcə də rəqibini tamamilə başa düşən, dialoqu harada və necə aparmalı olduğunu başa düşən prezident olanda, o zaman biz Ukrayna üçün yaxşı dialoq əldə edəcəyik. Bu mənim fikrimdir”.

DİGƏR XƏBƏRLƏR

Top