"Ayağa qalxanda onu gördüm, “Başladı”, - dedi..." - Yelena Zelenskaya


Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı və uşaqlarının Prezident Aparatının binasında onunla birlikdə qalması qadağan edilib. Müharibə başlayandan prezident ailə ilə ancaq telefonla əlaqə saxlayıb.
Yeniavaz.com
“Strana”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya “Vogue” nəşrinə müsahibəsində bildirib.
“İlk günlərdə ümid edirdim ki, biz onunla qala bilərik, amma prezident aparatı hərbi obyektə çevrildi və mənim uşaqlarımla orada qalmağım qadağan edildi. Bizə təhlükəsiz yerə köçməyi tapşırdılar - əgər indi Ukraynada təhlükəsiz yer tapmaq olarsa. O vaxtdan biz Vladimir ilə ancaq telefonla əlaqə saxlayırıq”, - o bildirib.
O, həmçinin son dəqiqəyə qədər hərbi əməliyyatların başlayacağına inanmadığını bildirib. Onun sözlərinə görə, hücumdan bir gün əvvəl ailə adi işləri ilə məşğul olub, lakin gərgin olublar, çünki hər yerdə mümkün bir işğal haqqında çox danışılırdı:
“Səhər saat 4-dən 5-ə kimi qapının döyülməsindən oyandım, bunun partlayış olduğunu dərhal anlamadım. Həyat yoldaşım yataqda deyildi. Ancaq ayağa qalxanda dərhal onu gördüm, artıq geyinmiş, həmişəki kimi, kostyumda “Başladı”, - dedi”.

DİGƏR XƏBƏRLƏR

Top