
Rusiya Ukrayna əraizisində başlatdığı müharibədə qarşı tərəfin son itkilərini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi İnformasiya və Kütləvi Kommunikasiyalar İdarəsinin rəisi general-mayor İqor Konaşenkov məlumat verib.
Ukraynanın itkilərinin bu şəkildə olduğu bildirilir:
“Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 78 hərbi obyektini vurub;
Ukraynada xüsusi əməliyyat başlayandan bəri RF Silahlı Qüvvələri 441 pilotsuz uçuş aparatını, 239 RYAS (reaktiv yaylım atəşi sistemi) qurğusunu və 2079 tank və zirehli texnikanı məhv edib;
RF Silahlı Qüvvələri “Kalibr” dəniz bazalı raketlərindən istifadə edərək, Avropadan tədarük edilən S-300 zenit-raket batalyonunun texnikasını məhv edib;
S-300 diviziyasının avadanlıqlarının məhv edilməsi zamanı Ukrayna silahlı qüvvələrinin 25-ə qədər şəxsi heyəti vurulub;
Xerson vilayətində Ukraynaya məxsus Mi-24 hərbi vertolyotu atıcı silahlardan açılan atəşlə havada vurulub;
Velikaya Novoselovka qəsəbəsi ərazisində raketlər Ukrayna Silahlı Qüvvələrinin təmir bazasını, o cümlədən "Buk-M1" zenit-raket komplekslərini məhv edib;
Rusiyanın hava hücumundan müdafiə sistemləri İzyum kəndi yaxınlığında havada iki Ukrayna Su-25 təyyarəsini vurub;
Rusiya Silahlı Qüvvələri Donbassda 9 tankı, 5 özüyeriyən “Akasiya” qurğusunu, 5 “Qrad” RYAS və 60-dan çox millətçini yüksək dəqiqlikli silahların zərbəsi ilə məhv edib”.