Moskva yaxınlığında partlayış: Ölənlər var - VİDEO


Rusiyada Moskva yaxınlığındakı Stupino şəhərində beş mərtəbəli yaşayış binasında partlayış baş verib.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə qaz avadanlıqlarının nasazlığı nəticəsində qaz sızması səbəbindən baş verib.
Partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Rusiyanın İstintaq Komitəsi qaz partlayışının baş verdiyi binada dağıntılar altında hələ də insanların ola biləcəyini bildirib.
Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər haqqında cinayət işi açılıb, qaz şirkətlərinin idarə və xidmətlərində axtarışlar aparılır.

DİGƏR XƏBƏRLƏR

Top