Dnepr hava limanına 3 raket atılıb


Dnepr hava limanının ərazisinə 3 raket zərbəsi endirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Şurasının rəhbəri Nikolay Lukaşuk məlumat verib. O bildirib ki, xəsarət alanlar arasında Fövqəladə Hallar Dövlət Xidmətinin beş əməkdaşı da var:
“Bundan əlavə, Novopavlovkaya atılan kasetli bomba nəticəsində bir mülki şəxs öldü”.
N. Lukaşuk qeyd edib ki, Dnepr hava limanının infrastrukturu tamamilə dağılıb. Dağıntılar və qurbanların sayı barədə məlumatlar dəqiqləşdirilir.
Rəsmi mənbələrin açıqladığı məlumatlara görə, Pavloqradski rayonunda raket sənaye obyektinə düşüb, binalar dağılıb və yanğın baş verib, xəsarət alan olmayıb.
Ukrayna hərbçiləri isə gecə saatlarında Dnepropetrovsk vilayəti üzərində düşmənin iki pilotsuz təyyarəsini vurub.

DİGƏR XƏBƏRLƏR

Top