Almaniyada “Z” hərfi ilə bağlı qadağa


Almaniyanın Herford rayonunda (Şimali Reyn-Vestfaliya) Ukrayna müharibəsi zamanı rus ordusunun simvoluna çevrilmiş “Z” hərfi olan avtomobil nömrələrinin verilməsini dayandırırlar .
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Westfalen-Blatt” regional nəşri məlumat yayıb .
Rayon rəhbərliyinin rəsmi nümayəndəsi bildirib ki, bu qərar çoxsaylı rus tanklarında və hərbi maşınlarında ağ boya ilə boyanmış “Z” hərfinin görünməsi ilə əlaqədar qəbul edilib:
“Bu işarə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin simvoluna çevrilib və Putinə, müharibəyə dəstək əlaməti kimi istifadə olunur. Buna görə də Herford ərazisində "HF-Z" seriyalı nömrələr olmayacaq”.
Qeyd olunur ki, bu, yalnız bir hərf olan avtomobil nömrələrinə aiddir. Z ilə birləşmələr hələ də mümkündür.
Qeyd edək ki, aprelin 9-da Almaniyanın daxili işlər naziri Nensi Fayzer bildirib ki, yerli polis aprelin 10-da ölkənin bir sıra şəhərlərində Rusiyayönlü mitinqlərdə “Z” simvollarından istifadə edənləri cəzalandıracaq.

DİGƏR XƏBƏRLƏR

Top