
“Genişmiqyaslı işğalın başlanğıcından bəri rus işğalçıları Ukraynada 177 uşağı öldürüblər”.
Yeniavaz.com xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun “Telegram” kanalında yayılan məlumata görə 336-dan çox uşaq xəsarət alıb. Qeyd olunub ki, müvəqqəti olaraq işğal edilmiş və azad edilmiş, aktiv hərbi əməliyyatların aparıldığı ərazilərdə işlər davam etdiyi üçün bu rəqəmlər yekun deyil.
Qeyd olunub ki, gündəlik bombardmanlar və top atəşləri nəticəsində Ukraynada 938 təhsil müəssisəsi zərər görüb, onlardan 87-si tamamilə məhv edilib.
Tətbiqimizi yükləyə bilərsiniz