Müharibə fonunda son baş verənlər - SİYAHI


Bu gün Rusiya-Ukrayna hərbi münaqişəsinin 46-cı günüdür.
Yeniavaz.com
 “BBC”yə istinadən müharibənin fonunda baş verən son hadisələri təqdim edir.
 - Böyük Britaniyanın baş naziri Boris Conson gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib. Səfərdən sonra yaydığı bəyanatda o, Ukrayna prezidenti Vladimir Zelenskinin “qətiyyətli rəhbərliyini və Ukrayna xalqının yenilməz qəhrəmanlığını və cəsarətini” yüksək qiymətləndirib. Böyük Britaniya Ukraynaya əlavə 120 zirehli maşın və yeni gəmi əleyhinə raket kompleksləri verəcək
 - Aİ Rusiyanın Ukraynaya müdaxiləsindən sonra müvəqqəti olaraq Polşaya köçürən Ukraynanın paytaxtı Kiyevdəki səfirliyini yenidən açıb
 - Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş verib: 12 hərbçi və 14 mülki şəxs azad edilib
 - Volodimir Zelenski deyib ki, Ukrayna Şərqdə mühüm döyüşə hazırlaşır
 - Ukraynanın Fövqəladə Hallar Xidmətinin Kiyev vilayəti üzrə rəhbərinin müavini Boqdan Danilyuk şənbə günü Kiyev yaxınlığındakı dağıdılmış Borodyanka şəhərində dağıntılar altından 10 mülki şəxsin cəsədini çıxarıb
 - Ukraynanın şərqindəki Donetsk qubernatoru Pavlo Krilenko bölgədə atışma nəticəsində 4 nəfərin Vuhledarda, 1 nəfərin isə Novomıxaylovkada öldüyünü bildirib
 - Şənbə günü Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın şimaldan çıxarılmasının kütləvi məzarlıqları və canlı qalxanlardan istifadə edildiyini üzə çıxardığını bildirib
 - Şərqi Ukraynanın ən böyük futbol klubu "Şaxtyor" "Sülh naminə futbol" turunu Yunanıstanda liqa lideri "Olimpiakos"la yoldaşlıq oyunu ilə açdı. Xeyriyyə turu Ukraynadakı müharibədən zərər çəkmiş insanlara yardım göstərmək üçün pul toplayır.

DİGƏR XƏBƏRLƏR

Top