Fransada prezident seçkiləri keçirilir


Fransada prezident seçkilərinin birinci turu keçirilir.
Yeniavaz.com
xəbər verir ki, Paris vaxtı ilə səhər saat 08:00-da (Bakı vaxtı ilə 10:00) Fransada və onun xaricdəki departamentlərində 70 minə yaxın seçki məntəqəsi açılıb. Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, seçici siyahılarında 48 milyondan çox fransız qeydə alınıb.
Seçkilərdə 12 namizəd iştirak edir, o cümlədən Fransanın hazırkı prezidenti Emmanuel Makron ikinci müddətə namizəddir. Onun əsas rəqibi “Milli Assosiasiyanın” namizədi, deputat Marin Le Pendir.
İlk rəsmi ilkin nəticələrin gecə yarısına qədər məlum olacağı gözlənilir. Respublikada qüvvədə olan qanunvericiliyə əsasən, səsvermə başa çatmamış sorğulardan və ya səsvermə prosesinin qiymətləndirilməsindən hər hansı məlumatın dərci, o cümlədən prezident marafonunun iştirakçılarının bəyanatlarının yayılması qəti qadağandır.
Bu moratoriyi pozanları 75 min avro cərimə gözləyir. Bu tədbir xarici mediaya da aiddir.
Səsvermənin ikinci - həlledici mərhələsi isə iki həftə sonra - aprelin 24-də baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top