
İran hakimiyyəti 24 ABŞ vətəndaşını terrorizmi dəstəklədiyinə və insan haqlarının pozulmasına görə sanksiya siyahısına daxil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin dərc olunmuş bəyanatında deyilir:
“Bu şəxslər İran xalqına və hökumətinə qarşı ABŞ-ın birtərəfli qeyri-qanuni sanksiyalarının tətbiqində, terror qruplaşmalarının və terror aktlarının maliyyələşdirilməsində və dəstəklənməsində iştirak edir. Həmçinin İsrailin regionda, xüsusən də repressiv hərəkətlərinə töhfə veriblər”.