Britaniya hər həftə Rusiyaya qarşı yeni sanksiya tətbiq edəcək


Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edərək iqtisadi təzyiqi artırmaq niyyətindədir. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra bildirib.
"Biz tərəfdaşlarla birlikdə Rusiyaya iqtisadi təzyiqləri artıracağıq. Rusiyaya qarşı sanksiyaları hər həftə gücləndirməyə davam edəcəyik. Biz təkcə aktivləri dondurmayacağıq və ya oliqarxlara qarşı sanksiyalar tətbiq etməyəcəyik. Biz Rusiyanın karbohidrogenlərindən istifadədən imtina edəcəyik"-deyə o qeyd edib.

 

DİGƏR XƏBƏRLƏR

Top