
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 11-nə planlaşdırılan İordaniya səfəri təxirə salınıb.
Yeniavaz.com AA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfərin vaxtının təxirə salınmasına səbəb İordaniya Kralı II Abdullahın vəziyyətinin pisləşməsidir. Onun disk yırtığından əziyyət çəkdiyi və müayinə üçün Almaniyaya gedəcəyi bildirilib