Polşa Ukraynaya yardım toplayır


Polşa hakimiyyəti tərəfdaşlarla birlikdə Ukraynanın bərpası üçün vəsait toplamaq üçün konfrans təşkil edəcək.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda qaçqınlara kömək məqsədilə keçirilən “Ukrayna üçün ayağa qalx” (“Stand Up Ukraine”) xeyriyyə aksiyasının nəticələrinə yekun vuran konfransda çıxışı zamanı deyib. “Polşa hökuməti tərəfdaşları ilə birlikdə Ukraynanın xeyrinə beynəlxalq donor konfransı təşkil etməyi planlaşdırır. Bu gün biz Ukraynadan olan milyonlarla qaçqını və ehtiyacı olan insanları dəstəkləyirik. Biz artıq çox şey etmişik, lakin yaxın gələcəkdə Ukraynanın əhəmiyyətli iqtisadi dəstəyə ehtiyacı olacaq”-deyə o bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top