
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, danışıq zamanı Paşinyanın Rusiyaya səfərinə hazırlıq müzakirə olunub.
"İkitərəfli gündəliyin aktual məsələləri, o cümlədən Ermənistanın baş nazirinin Rusiyaya gözlənilən səfərinə hazırlıq müzakirə edilib", - deyə məlumatda bildirilib.
Söhbətin Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu vurğulanır.