Son bir həftədə “Xaliq Faiqoğlu”nu 2-ci dəfə məhkəməyə verdilər


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti  paytaxt Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin  “Xaliq Faiqoğlu” MMC-yə qarşı qaldırdığı iddia ilə bağlı məhkəmənin hazırlıq iclası 06.04.2022-ci il tarixində  Bakı Kommersiya Məhkəməsində baş tutub və işə Ülkər Həsənova hakim təyin edilib.
Məhkəmə iddiasının icarə müqaviləsi üzrə mübahisələrlə bağlı olduğu bildirilir.
Qeyd edək ki, Azərbaycanda aparıcı mobil rabitə operatorlarından biri olan “Azerfon” MMC ("Nar mobile") də  “Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb. “Azerfon” MMC –nin  “Xaliq Faiqoğlu” MMC-yə qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə iclası 01.04.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilib.
Onu da bildirək ki, 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərinə sahib olan “Xaliq Faiqoğlu” MMC-nin hazırda dövlət büdcəsinə 75 min 871 manat 35 qəpik vergi borcu da var.
 

DİGƏR XƏBƏRLƏR

Top