Orban Zelenskidən Buçadakı hadisələrə dair sübut tələb edib – KİV


Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Avropa hökumətlərindən birinin rəhbəri Ukraynadan Buçadakı hadisələri səhnələşdirmədiyinə dair sübut tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bildirilib ki, Zelenski siyasətçinin adını çəkməkdən imtina edib.
“Yevropeyska Pravda” mənbələrinə görə, söhbət Macarıstanın baş naziri Viktor Orbandan gedir.
Orbanın sübut tələbini harada səsləndirdiyi bəlli deyil. “Yevropeyska Pravda” qeyd edir ki, Buça qətliamından sonra rəsmi Budapeştlə Ukrayna tərəfi arasında əlaqə olmayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top