Zelenski: “Bu müharibənin nə vaxt bitəcəyinə yalnız o qərar verir”


“Ukraynanın Rusiya Federasiyası ilə danışıqlar masasına oturmaqdan başqa yolu yoxdur. Çünki müharibəni yalnız Rusiya prezidenti Vladimir Putin dayandıra bilər”.
Yeniavaz.com “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Bild” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Putinlə birbaşa danışıqların aparılması ideyası Buça və Kramatorskda baş verən müharibə cinayətlərindən sonra bu gün də aktualdır:
“Bu gün Ukraynanın danışıqlar masasına oturmaqdan başqa yolu yoxdur. Rusiyada isə bu müharibəni dayandıracaq başqa qüvvə yoxdur. Bu müharibənin nə vaxt bitəcəyinə yalnız o (Putin - red.) qərar verir”.
 

DİGƏR XƏBƏRLƏR

Top