“Rusiya ordusu döyüş gücünün 20 faizini itirib” - Pentaqon


“Rus işğalçıları Ukraynanın tammiqyaslı işğalından sonra döyüş gücünün 15-20%-ni itiriblər. Bəzi bölmələr hücum əməliyyatları aparmaq qabiliyyətini itirib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu yaxınlarda Kiyevdən geri çəkilən Rusiya ordusunun bəzi hissələri imkanlarını tükəndirib. Onların döyüşdə faydası şübhə altındadır.
“Bəzi bölmələrin hər mənada sözün əsl mənasında məhv olduğunun əlamətlərini gördük”, - Pentaqon rəsmisi bildirib.
Mənbə eyni zamanda Rusiya Federasiyasının bəzi ehtiyatda olan hərbçiləri səfərbər etməyə başladığını bildirib:
“Yəqin ki, təcavüzkar daha 60 minə yaxın əsgər toplayaraq Ukraynaya göndərəcəyini plaşlaşdırır”.
 

DİGƏR XƏBƏRLƏR

Top