Kreml Putinin üzünü niyə gizlədir?


“Kreml Vladimir Putinin Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin dəfn mərasimində üzünün fotosunu dərc etməyib. Şəkillər prezidentin səhhəti ilə bağlı suallar yaradır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Agentstvo” nəşri məlumat yayıb.
Bildirilib ki, Kremlin saytında Putinin Jirinovski ilə vida mərasimində iştirakı ilə bağlı xəbərdə cəmi iki fotoşəkil yerləşdirilib: birində prezident arxadan lentə alınıb, digərində Jirinovskinin mükafatları fonunda bir buket qızılgül təsvir olunub.
Həmçinin vurğulanır ki, Kremlin daha əvvəl dərc etdiyi xəbərlərdə də (aprelin 5-i və 7-si görüşündən şəkillərdə) Putinin üzü görünmür.
Qeyd edək ki, Jirinovskinin ötən gün keçirilən vida mərasimindən V. Putinin videogörüntüləri mediada dərc olunub. Lakin Rusiya prezidentinin rəsmi saytında təkcə iki foto dərc edilib.
Müqayisə üçün bildirək ki, vida mərasimində iştirak edən digər rəsmilərinin üzünün yaxından çəkilmiş fotoları mətbuatda dərc olunub.

Əliş Abdulla

DİGƏR XƏBƏRLƏR

Top