Rusiya 52 ölkə ilə uçuş qadağasını ləğv etdi


Rusiya koronavirus pandemiyasına görə daha 52 ölkə ilə qüvvədə olan uçuş qadağasını ləğv edib.

Hökumətin müvafiq qərarını Baş nazir Mixayil Mişustin elan edib.
Siyahıya Türkiyə, İraq, İran, Keniya, KXDR və bir çox Afrika ölkəsi daxildir. Uçuşlar ölkələrin rəsmi qurumlarının razılığı əsasında həyata keçiriləcək. siyahıda adları yer alan ölkələrin bəziləri (Türkiyə, Çin Serbiya və s.) hava əlaqəsi olsa da, bu, yalnız paytaxtlarla məhdudlaşırdı. əksər ölkələrlə hava əlaqəsi 2 ildir mövcud deyil.

DİGƏR XƏBƏRLƏR

Top