Rusiya-Ukrayna arasında planlaşdırılan əsir mübadiləsi baş tutmadı


Rusiya Federasiyası ilə Ukrayna arasında bu günə planlaşdırılan hərbi əsirlərin mübadiləsi Kiyevin günahı üzündən baş tutmayıb. 
Yeniavaz.com
Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev məlumat verib.
"Ukrayna tərəfinin təqsiri üzündən aprelin 8-nə planlaşdırılan hərbi əsirlərin mübadiləsi növbəti dəfə baş tutmayıb. Ukrayna hakimiyyəti mübadilə formatında dəfələrlə dəyişiklik edib və mübadilə üçün elan edilmiş hərbi əsirlərin sayını azaldıb. Daha sonra isə planlaşdırılan mübadilə Ukrayna tərəfindən heç bir izahat verilmədən rədd edildi”-deyə o bildirib.
Məsələ ilə bağlı Ukraynadan hələlik heç bir açıqlama verilməyib.

 

DİGƏR XƏBƏRLƏR

Top