
Slovakiya gələn həftə Ukraynaya verilən S-300-ləri əvəz etmək üçün ABŞ-dan dörd “Patriot” zenit-raket kompleksi alacaq.
Yeniavaz.com xarici Kİ-ə istinadla xəbər verir ki, bu barədə respublikanın müdafiə naziri Yaroslav Nad bildirib.
"Dörd ən yaxşı “Patriot” hava hücumundan müdafiə sistemi bizə 1987-ci ildə istehsal edilmiş köhnəlmiş bir S-300 sistemindən daha yüksək səviyyədə müdafiə təmin edəcək. Bu, Slovakiyanın müdafiə qabiliyyətinin açıq şəkildə gücləndirilməsidir", - deyə Nad bildirib.