Rusiyada əhalinin sayı açıqlandı


Ümumrusiya Əhali Siyahıyaalmasının məlumatlarına görə, Rusiyada təxminən 147 milyon insan daimi yaşayır. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə “Rosstatın” rəhbəri Pavel Malkov jurnalistlərə açıqlamasında bildiri. "İlkin hesablamalara görə, ölkə əhalisinin sayı 147 milyon nəfər təşkil edib. 2010-cu ilin oktyabrına olan məlumata görə, Rusiyada 145 milyondan çox insan yaşayırdı. Bu rəqəm “Rosstat”da dəqiqləşdirilən Krım nəzərə alınmaqla yenidən hesablanır. Beləliklə, ilkin məlumatlara görə, ölkə əhalisi təxminən 2 milyon nəfər artıb.
 

DİGƏR XƏBƏRLƏR

Top