Bu məktəblərə işə qəbul imtahanını DİM keçirəcək


Uşaq musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu imtahanının test mərhələsi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək.

Mərkəzdən Yeniavaz.com-a verilən xəbərə görə, bu barədə DİM-də uşaq musiqi və incəsənət məktəblərinin direktorları ilə görüş zamanı məlumat verilib. Görüşdə növbəti tədris ilində uşaq musiqi və incəsənət məktəblərinin tələbələri üçün monitorinq imtahanının keçirilməsi planları haqqında danışılıb.

DİGƏR XƏBƏRLƏR

Top