
Buça meri Anatoliy Fedoruk şəhərdə aparılan qətliamın təfərrüatları barədə açıqlama verib.
Yeniavaz.com "Haber Global"a istinadla xəbər verir ki, o, bu günə kimi şəhərdə tapılan 320 cəsəddən 163-nün şəxsiyyətinin müəyyən edildiyini açıqlayıb. Mer bildirib ki, Buça şəhərində Ukrayna qruplarının apardığı işlər nəticəsində içərsində 320 nəfərin cansız bədəninin olduğu 4 kütləvi məzarlıq tapılıb.
Fedurok şəhərdə 112 şəxsi evin və 18 çoxmərtəbəli binanının artileriya atəşinə tutularaq yandığını, burada öldürülən insanların 90 faizində qəlpə yox, güllə yarası olduğunu bildirib:
"Taxıl şirkəti ərazisində və 3 müxtəlif küçədə kütləvi məzarlıqlar aşkar edilib. Məzarlıqda insanlar əlləri bağlı şəkildə basdırılıb. Cəsədlərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir".