Türkiyəli alimlər Mingəçevir Şəhidlər xiyabanında olub - FOTOLAR


Türkiyənin Qazi Universitetindən gələn qonaqlar Mingəçevirdə ərazi bütövlüyümüzün bərpası uğrunda şəhid olmuş qəhrəmanlarımızın məzarlarını ziyarət edib.
Yeniavaz.com
xəbər verir ki, ziyarətdə elmlər doktoru Süleyman Tekeli, elmlər doktoru Osman Ayhan Erdem, professor Ercan Nurcan Yılmaz, professor Cemal Yılmaz iştirak edib.
Şəhidlər xiyabanında olarkən şəhid atası İldırım Cüməzadə şəhidin ev muzeyi ilə tanış olmaq üçün qonaqları evinə dəvət edib. Onun dəvətini qəbul edən qonaqlar şəhidin ev muzeyini də ziyarət ediblər. Daha sonra onlar Cüməzadə Təbriz İldırım oğlunun  xatirə bulağı və barelyefi ilə də tanış olublar.


Esmira Hidayətova, Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top